FHN-in qurumu 6 ayda 14 avtomobil alıb, rəis bir ildə iki dəfə “Land Cruiser” dəyişib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza İdarəsinin son 6 ay ərzində 14 yeni avtomobil aldığı iddia olunub.
Bu barədə jurnalist Fikrət Fərəməzoğlu öz Feysbuk səhifəsində paylaşım edib.
Sozcu.az saytı həmin məlumtı oxucularına təqdim edir.
Onun iddiasına görə, alınan avtomobillərin 8-i cip, qalanları isə sedan tipli nəqliyyat vasitələridir. Ümumilikdə bu avtomobillərin alınmasına 1 milyon 221 min 500 manat vəsait xərcləndiyi bildirilir.
Paylaşımda həmçinin qeyd olunur ki, idarənin rəisi son bir il ərzində xidməti avtomobilini iki dəfə dəyişib və hər iki halda yeni “Toyota Land Cruiser” markalı avtomobil seçilib.
Jurnalist bu vəziyyəti tənqid edərək, qurumun fəaliyyətindən çox avtomobil parkının yenilənməsinə diqqət yetirildiyi təəssüratının yarandığını bildirib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı FHN və ya adıçəkilən qurumun rəsmi mövqeyi hələlik açıqlanmayıb.







