Qaxda kommunal xidmət avtomobilləri niyə nömrəsiz hərəkət edir?

67 baxış

Qaxda kommunal xidmət avtomobilləri nömrəsiz hərəkət edir? – Sosial şəbəkədə yayılan iddialar araşdırma tələb edir.

"Qax" adlı Feysbuk səhifəsində rayonda fəaliyyət göstərən kommunal xidmətə məxsus avtomobillərlə bağlı diqqətçəkən iddialar paylaşılıb.

Paylaşımda bildirilir ki, kommunal xidmətə aid avtomobillərin əksəriyyəti uzun illərdir dövlət qeydiyyat nişanı olmadan ("beznomer") istismar olunur. Müəllif qeyd edir ki, adi vətəndaşlara məxsus avtomobillərdə kiçik nasazlıqlara görə belə inzibati tədbirlər görüldüyü halda, dövlət qurumuna məxsus nəqliyyat vasitələrinin nömrəsiz hərəkət etməsi suallar doğurur.

Paylaşımda aşağıdakı məsələlər qaldırılır:

Bu avtomobillər niyə dövlət qeydiyyat nişanı olmadan idarə olunur?

Həmin texnikalar texniki baxışdan keçirilirmi?

Nömrəsiz avtomobillər yol-nəqliyyat hadisəsinə səbəb olarsa, dəyən zərərin ödənilməsi necə təmin ediləcək?

Bu nəqliyyat vasitələrinin müvafiq sənədləri tam qaydasındadırmı?

Sözügedən iddialarla bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Sozcu.az məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.

Məqalə şəkli
Məqalə şəkli
Məqalə şəkli
Paylaş:

Əlaqəli məqalələr