Yol kameralarında yeni dövr: Telefonlar və Bluetooth cihazları da izlənə biləcək

59 baxış

ABŞ-də yol hərəkətinə nəzarət sistemlərində yeni texnologiya tətbiq olunmağa başlayıb. Artıq bəzi yol kameraları yalnız avtomobillərin dövlət qeydiyyat nişanlarını deyil, həm də nəqliyyat vasitəsində olan Bluetooth cihazlarını müəyyən edə bilir.

Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Məlumata görə, ABŞ-də avtomobil nömrələrinin avtomatik tanınması üçün istifadə olunan və müdafiə sənayesi şirkəti Leonardo tərəfindən hazırlanmış SignalTrace sistemi ilə təchiz edilən kameralar smartfonlar, simsiz qulaqlıqlar (AirPods) və digər Bluetooth cihazlarının unikal identifikatorlarını qeydə almaq imkanına malikdir.

Bildirilir ki, yeni texnologiya avtomobili təkcə sahibi ilə deyil, həm də həmin anda avtomobildə olan sərnişinlərlə əlaqələndirməyə imkan verir. Sistem birlikdə hərəkət edən Bluetooth cihazlarını analiz edərək onların "elektron izini" formalaşdırır.

Toplanan məlumatların saxlanılması və zərurət yarandıqda hüquq-mühafizə orqanlarına təqdim edilməsi də mümkün olacaq.

Texnologiyanı hazırlayan şirkət isə bildirir ki, sistem telefon danışıqlarını, mesajları və ya digər rabitə məzmununu oxumur və deşifrə etmir. O, yalnız Bluetooth cihazlarının birlikdə hərəkət etməsini qeydə alır.

Qeyd edək ki, bu texnologiyanın tətbiqi şəxsi məlumatların qorunması və məxfiliklə bağlı müzakirələri yenidən gündəmə gətirib

Paylaş:

Əlaqəli məqalələr