İlham Əliyev dövlət satınalmaları ilə bağlı fərman imzaladı

20 baxış

Prezident AZCON-la bağlı yeni fərman imzaladı – Dövlət satınalmalarında dəyişiklik.

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb.

Sozcu.az xəbər verir ki, 2026-cı il 23 oktyabr tarixli, 497-VIIQD nömrəli qanunun tətbiqi və Prezidentin 2023-cü il 19 avqust tarixli fərmanında dəyişiklik edilməsi nəzərdə tutulur.

Fərmana əsasən, “Dövlət satınalmaları haqqında” Qanunun 3.2.8-1-ci və 3.10-1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirəcək.

Həmin maddələrdə “orqan (qurum)” dedikdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulacaq.

Sənədə əsasən, Nazirlər Kabineti qanunda edilən dəyişikliklərdən irəli gələn məsələləri həll etməlidir.

Bununla yanaşı, Prezidentin 2023-cü il 19 avqust tarixli “Dövlət satınalmaları haqqında” Qanunun tətbiqi barədə fərmanının 1-ci hissəsinə də dəyişikliklər edilib. Belə ki, həmin fərmanın 1.1-ci bəndinə qanunun 3.2.8-1-ci və 3.10-1-ci maddələrinə istinadlar əlavə olunub.

Fərmana yeni 1.12-1-ci bənd də daxil edilib. Həmin bənddə sözügedən maddələrdə “orqan (qurum)” dedikdə AZCON-un nəzərdə tutulduğu təsbit olunub.

Paylaş:

Əlaqəli məqalələr