Ərdoğanın səsləndirdiyi şeirin müəllifi məlum oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı “Şuşa gözləyir bizi” adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifinin adını çəkməməsi onun kimliyi ilə bağlı maraq yaradıb.
Sozcu.az xəbər verir ki, şeirin müəllifi Əməkdar jurnalist və publisist Vasif Səmədovdur.
Vasif Səmədov 1950-ci il yanvarın 22-də Masallı rayonunda anadan olub. Uzun illər jurnalistika sahəsində fəaliyyət göstərən Səmədov Əməkdar jurnalist kimi tanınıb, publisistik yaradıcılığı ilə də diqqət çəkib.
Qeyd edək ki, Vasif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Arif Səmədovun atasıdır.
Əməkdar jurnalist və publisist Vasif Səmədov 2024-cü il aprelin 29-da vəfat edib.
Ərdoğanın səsləndirdiyi şeirdən bir parça:
Dilimizdə işlənən,
Ən əziz bir söz kimi,
Canımızı isidən
Ocaq kimi, köz kimi,
Ən qoxulu güllərlə
Dəmlənən Şuşamız!


















