CHP “ana müxalifət” statusunu itirdi – TBMM-də 5-ci sıraya düşdü

93 baxış

Xəbər verdiyimiz kimi, Özgür Özəlin liderliyində 91 millət vəkili Türkiyədə aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək YENİ Partiyanı yaradıblar.

Sozcu.az xəbər verir ki, 91 millət vəkilinin CHP-dən istefası bu partiyanın “əsas müxalifət partiyası” titulunu itirməsinə səbəb olub.

Belə ki, bu vaxtadək Türkiyə Böyük Millət Məclisində (TBMM) 135 deputatla təmsil olunan CHP-də cəmi 44 millət vəkili qalıb.

Bununla da CHP TBMM-dəki deputatlarının sayına görə 5-ci sıraya düşüb.

Onu da bildirək ki, Türkiyə Böyük Millət Məclisindəki yeni yer bölgüsü Parlament Sədrinin müavini vəzifəsinə, inzibati vəzifəli şəxslər və komitə üzvlüyü vəzifələrinə də təsir edəcək.

Qeyd edək ki, TBMM-də millət vəkillərinin ümumi sayı 592-dir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 277, YENİ Partiyanın 91, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) 56, Milliyətçi Hərəkat Partiyasının (MHP) 46, CHP-nin 44, İYİ Partiyanın 29 və Yeni Yol Partiyasının (YYP) isə 20 millət vəkili var.

Həmçinin HÜDA PAR və Yenidən Rifah Partiyasının (YRP) hər birində dörd, Türkiyə İşçi Partiyasının (TİP) üç, Demokratik Bölgələr Partiyası və Əmək Partiyasının hər birində iki, Səadət Partiyası, Demokratik Sol Partiyası və Demokrat Partiyasının hər birində bir millət vəkili var.

TBMM-də 11 müstəqil millət vəkili də fəaliyyət göstərir.

Paylaş: