Mansur Yavaş Əbülfəz Elçibəyi vəfatının ildönümündə yad edib
120 baxış
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Azərbaycanın milli azadlıq hərəkatının lideri, demokratik seçki yolu ilə seçilmiş ilk prezidenti, böyük fikir və dövlət xadimi Əbülfəz Elçibəyi vəfatının ildönümündə yad edib.
Mansur Yavaş sosial media hesabında paylaşım edərək Elçibəyi hörmət və rəhmətlə andığını bildirib.
“Mansur Yavaş: Qardaş Azərbaycanın keçmiş prezidenti, böyük fikir və dövlət adamı Əbülfəz Elçibəyi vəfatının ildönümündə hörmət və rəhmətlə anıram”, – deyə paylaşımda qeyd olunub.









