Oğuzhan Uğur saxlanıldı

101 baxış

Türkiyədə tanınmış aktyor, müğənni və aparıcı, “Babala TV”nin rəhbəri Oğuzhan Uğur saxlanılıb.

Sozcu.az “BirGün”ə istinadla xəbər verir ki, o, “Ahbap” xeyriyyə fondu ilə bağlı aparılan iş çərçivəsində istintaqa cəlb olunub.

Bildirilir ki, onunla birlikdə daha 8 nəfər bu iş istiqaməti üzrə saxlanılıb.

Xatırladaq ki, fondla bağlı iş bir neçə gün əvvəl açılıb və tanınmış türkiyəli müğənni, “Ahbap” xeyriyyə fondunun təsisçisi və rəhbəri Haluk Levent də saxlanılıb. Onun buraya edilən ianələri şəxsi istifadəsi üçün xərclədiyi, böyük miqdarda qumar oynadığı iddia olunur.

Artıq H. Levent barəsində həbs-qətimkan tədbiri seçilib.

Paylaş: