Ərdoğan İlham Əliyevi Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etdi
66 baxış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi səhifəsində məlumat yayılıb.
Telefon danışığı zamanı Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərindən aldığı güclə əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını bildirib.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə İlham Əliyevi bir daha təbrik edib.
Ərdoğan, həmçinin Azərbaycan Prezidentini Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşünə dəvət edib.
















