İsa Qəmbərin Berlindəki konfransa getməsinə mane olundu

71 baxış

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Berlində keçiriləcək konfransda iştirakına maneə yaradılıb.

Sozcu.az xəbər verir ki, İsa Qəmbər bu barədə özünün Facebook hesabında paylaşım edib.

O bildirib ki, noyabrın 21-də Berlində keçiriləcək mühüm konfransa dəvət alıb və bu gecə saat 04:00-da uçuş bileti olub. Lakin hava limanında onun uçuşuna maneə yaradılıb.

İsa Qəmbər qeyd edib ki, ona bununla bağlı heç bir izahat verilməyib.

Müsavat başqanı konfransın işinə uğurlar arzulayıb, təşkilatçılara və iştirakçılara salamlarını çatdırıb.

Paylaş:

Əlaqəli məqalələr