Arif Hacılı: "Nənə və Baba abidəsi tarixin arxivinə göndərilməlidir"

94 baxış

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Xankəndidə yerləşən "Nənə və Baba" abidəsi ilə bağlı paylaşım edib.

Sozcu.az xəbər verir ki, siyasətçi şəxsi feysbuk hesabında yazıb ki, sözügedən abidənin xüsusi tarixi və ya sənətkarlıq dəyəri yoxdur.

Arif Hacılının sözlərinə görə, Vətən müharibəsindən sonrakı ilk günlərdə erməni separatizminin simvolu kimi təqdim edilən abidənin önündə Azərbaycan bayrağı ilə çəkilən fotoların xüsusi mənası var idi. Lakin o hesab edir ki, artıq illər keçdikdən sonra turist şirkətlərinin bu abidəni Qarabağın görməli yerləri siyahısına daxil etməsi və ziyarətçilərin burada şəkil çəkdirərək paylaşması doğru deyil.

"Separatizmin bütün simvolları kimi "Nənə və Baba" abidəsi də diqqət mərkəzindən kənarlaşdırılıb tarixin arxivinə göndərilməlidir", – deyə Arif Hacılı qeyd edib.

O, həmçinin bildirib ki, bu günlərdə Rusiyanın Yessentuki şəhərində həmin abidənin kiçik surətinin açılışı olub. "Nə deyə bilərik, öz işləridir. Əsas odur ki, bizdən uzaq olsunlar", – deyə paylaşımda vurğulanıb.

Məqalə şəkli
Paylaş:

Əlaqəli məqalələr