AAYDA-dan uzaqlaşdırıldı, FHN-də vəzifəyə gətirildi
76 baxış
Sozcu.az xəbər verir ki, ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi vəzifəsindən azad edilən Səftər İsmayılov Fövqəladə Hallar Nazirliyində yeni vəzifəyə təyin olunub. Məlumata görə, o, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində şöbə müdiri vəzifəsini icra edəcək.
Qeyd edək ki, Səftər İsmayılovun uzun illər rəhbərlik etdiyi qurumda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmalar nəticəsində aşkarlanan qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və bir sıra məsul şəxslər dindirilib.










