İstiqlal yolunda şəhid olan Arif bəy Abdullayev – 36 il keçir

101 baxış

Arif bəy Abdullayevin qətlə yetirilməsindən 36 il ötür

26 sentyabr Azərbaycan Xalq Cəbhəsinin Təşkilat şöbəsinin ilk müdiri Arif bəy Abdullayevin yaşadığı evdə xaincəsinə qətlə yetirilməsindən 36 il ötür.

Azərbaycanın müstəqilliyinin bərpası yolunda çətin və məsuliyyətli vəzifələri öz çiyinləri üzərinə almış fədakar insanlardan biri olan Arif bəy Abdullayev getdiyi yolun həqiqi mahiyyətini anlayan, onun uğrunda ölməyi belə gözə almış barışmaz şəxsiyyət idi.

Xainlər onun kimliyini və əqidəsini yaxşı anlayırdılar. Onun iradəsinə güc gələ bilməyəcəklərini bildiklərindən, onun qətlinə fərman vermişdilər.

1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti Parlamentinin üzərindən bolşeviklər tərəfindən endirilmiş üçrəngli Azərbaycan istiqlal bayrağını 1990-cı il mayın 28-də, 70 il sonra ilk parlament binasının üzərinə məhz Arif bəy Abdullayev sancmışdı.

O, bu tarixi və şərəfli günün sevincini yaşasa da, Azərbaycanın dövlət müstəqilliyinin bərpasını, təəssüf ki, görə bilmədi.

Arif bəy Abdullayevin itirilməsi Azərbaycan Xalq Cəbhəsi üçün böyük itki oldu. Cəbhə özünün çox önəmli dayaqlarından birini itirdi.

Arif bəyin şəhadətindən sonra Azərbaycan Xalq Cəbhəsində baş verən proseslər isə onun ideallarına və mübarizəsinə ciddi zərbə vurdu. Bu gün də həmin dövrün yaraları tam sağalmayıb.

Ruhun şad olsun, Arif bəy! Təmiz qəlblər, əyilməz vicdanlar, dürüst yaddaşlar sizi unutmayacaqdır!

Arif bəy Abdullayevlə bağlı qəzet materialları müəllifin şəxsi arxivindəndir.

Müəllif: Ceyhun Nabi

Image 1
Image 2
Image 3
Image 4
Image 5
Image 6
Paylaş:

Əlaqəli məqalələr