Müsavat Məclisinin sessiyası keçirilib
Sozcu.az xəbər verir ki, sentyabrın 26-da Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.
Məclisin sədri Arif Hacılının sədrliyi ilə keçirilən sessiyada əvvəlcə Müsavat Partiyasının başqanı İsa Qəmbər ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Daha sonra Seçki Komissiyasının sədri Yusif Mehdi rəhbərlik etdiyi strukturun fəaliyyəti barədə məlumat verib.
Məruzələr ətrafında Müsavat başqanının müavinləri Razim Əmiraslanlı və Mustafa Hacıbəyli, həmçinin Məclis üzvləri Əlipənah Rzalı, Tahir Səfərli, Limunət Əmrahlı, Dünyaxanım Cahan və Füzuli Vəziroğlu çıxış ediblər.
Sessiyada ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




















