Azərbaycanla sərhəd bu tarixədək açıla bilər - Ermənistan XİN rəsmisi bəyan etdi
17 baxış
Sozcu.az-ın Report-a istinadən məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması daha da tez baş verə bilər, çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha çox şəffaflıq əlamətləri müşahidə edir.
"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq", - Kostanyan bildirib.












