Ümit Özdağ Əbülfəz Elçibəyi vəfatının ildönümündə yad edib

78 baxış

Türkiyənin Zafer Partiyasının sədri Ümit Özdağ Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyi vəfatının ildönümündə yad edib.

Ümit Özdağ sosial media hesabında Əbülfəz Elçibəylə bağlı paylaşım edib.

“Ömrünü bağımsız Azerbaycan davasına, Turan ülküsüne ve Türk dünyasının birliyinə adamış büyük devlet ve fikir adamı, Ebulfez Elçibey'i vefatının yıl dönümünde saygı ve rahmetle anıyorum”, – deyə Özdağ qeyd edib.

Qeyd edək ki, Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri və Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş ilk prezidenti olub. O, 1992-ci ildə keçirilən prezident seçkilərində qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilib.

Məqalə şəkli
Paylaş:

Əlaqəli məqalələr