Əli Əsədovdan yeni qərar: Elektron kredit sistemi dəyişdi
Nazirlər Kabineti "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsində dəyişiklik edib.
Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, informasiya sistemi Azərbaycan Prezidenti tərəfindən 9 yanvar 2023-cü il tarixində təsdiqlənmiş "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq fəaliyyət göstərəcək.
Sənədə əsasən, sistem "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin Nizamnaməsinə uyğun şəkildə sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə təqdim olunan dövlət dəstək mexanizmlərinin elektron qaydada həyata keçirilməsini təmin edəcək.


















