“Azərbaycan Ordusu humanitar atəşkəsə əməl etməklə irəliləməlidir”

İndi danışıqlar prosesi yoxdur. Səbəb odur ki, Ermənistan tərəfi bunu arzu etmir. Humanitar atəşkəs elan edildi, amma qısa zaman sonra erməni tərəfi Azərbaycanın mülki insanlarını hədəfə aldı. Bununla da Ermənistan özünə olan inamsızlığı bir qədər də inkişaf etdirdi. Bu halda həmin ölkə ilə hansı danışıqlar ola və buna inanmaq olar?.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O əlavə edib ki, danışıqlar olması üçün Ermənistan işğalçı ordunu Azərbaycan ərazilərindən çıxarmalıdır: “Ancaq onların indi tutduğu mövqe imkan vermir ki, danışıqlar başlansın. Yəni erməni tərəfinin mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Əgər bu imkan yoxdursa, Azərbaycan Ordusu humanitar atəşkəsə əməl etməklə irəliləməlidir”.Teleqraf

Facebook Comments