Koronavirus pandemiyasında ikinci dalğa başlayır? – XƏBƏRDARLIQ / VİDEO

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.

Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür. Bəs Azərbaycanda virus nə vaxt bitəcək? Kanatin rejimində yumşalma baş verərsə vətəndaşlar artıq xəstəliyin bitdiyi hesab edə bilər?

Sozcu.az  xəbər verir ki, koronavirusdan sağalanların sayının çox, yeni yoluxanların sayının isə az olması ümidvercici rəqəmlər olsa da, mütəxəssisələr karantin qaydalarına əməl etməyi məsləhət görür. Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasinin dosenti Sədrəddin Atakişizadə deyir ki, prezidentin əksepidemik tədbirləri nəticəsində ölkədə yoluxanların sayı digər ölkələrə nibətdə azdır. Amma bu rəqəmlərə arxayın olub qaydalara əməl etməsək, yenidən yoluxma sayı arta bilər.

dosenti deyir ki, infeksiya ölkəmizdə axırıncı yoluxma halı kəsildiyi vaxta qədər davam edəcək.

Koronavirusa qarşı əsaslı mübarizə aparan ölkələrdən biri Almaniyada da bu məsələyə həssaslıqla yanaşılır.

Heç inanmaq olmur ki, almanlar bax belə günəşli havanın cazibəsi qarşıısnda davam gətirə bilib evədə qaldırlar. Adətən almanlaar az saylı günəşli havalarda parklara çıxırlar, günəş qəbul edirlər. Idni isə evdə qalıblar. Aprelin 20-nə qədər gözləyirdilər sonradan mayın 4-dək vaxt uzadıldıqdan sonra indidə mayın 4-n ügözləyirlər ki, nəhayət ki, insanlara sərbəst hərəkət imaknı veriləcək. Amma təəsüf ki, mütəxəssilər bu fikirdə deyil. Qadağaların aradan götürülməsi mərhələli şəkildə ola bilər və bu xeyli vaxt alacaq.

Qeyd edək ki, bu günə qədər Almaniyada 148 mindən çox insan koronavirus yoluxub 5100 nəfər isə dünyasını dəyişib.(ATV)

Facebook Comments