Nuşirəvan Məhərrəmli vəzifədən getdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Sozcu.az-a bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, bu günə qədər MTRŞ rəhbəri vəzifəsini Nuşirəvan Məhərrəmli icra edirdi.

Facebook Comments