“Qərbi Azərbaycanda 4500-dən çox dərs otağına ehtiyac var”

Qərbi Azərbaycan Məktəblərin Təchizatının təmin edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəisi ölkənin orta hesabına çatmaq üçün əyalətdə 4550 dərs otağına ehtiyac olduğunu bildirib.

Sozcu.az xəbər verir ki, Bu barədə Rza Manafzadə “Fars” xəbər agentliyinə danışıb.

“Ölkədə hər şagirdin təhsil alması üçün məktəb və həyətindən ibarət müəyyən ərazi nəzərdə tutulur. Bu rəqəm ölkədə orta hesabla 5.18, Qərbi Azərbaycanda isə 4.5 kvadratmetrdən ibarətdir.

Bu baxımdan Qərbi Azərbaycan Əyaləti ölkə üzrə zəif əyalətlər sırasında yer alır. Hazırda bu əyalətdə 630 min şagird təhsil alır.”- deyə o bildirib.

Rza Madafzadə problemin diqqət mərkəzində olduğunu bildirərək ölkənin orta hesabına çatmaq üçün Qərbi Azərbaycanda 4550 yeni dərs otağına ehtiyac olduğunu bəyan edib.

Qeyd edək ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb, bu barədə yerli məsullar tərəfindən xəbərdarlıq da edilib. Buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

Facebook Comments