SON DƏQİQƏ : Bu rayonun icra başçısı həbs edildi -Video

Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs olunub.

Sozcu.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Xatırladaq ki, İsmayıl Vəliyev Azərbaycan Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Facebook Comments