“Ağsu Siti” növbəti dəfə böyük hesabla qələbə qazanıb

8 dekabrda Region Liqasında VII tura 1 oyunla start verilib.

Sozcu.az  Sport24.az -a istinadən xəbər verir ki, Mərkəz zonasının vahid lideri “Ağsu Siti” növbəti qələbəsini də böyük hesabla qazanıb. Samir İsayevin komandası hesabat turunun açılış matçında evdə “İmişli”ni 4:0 hesabıyla məğlub edib.

Görüşdə dubl edən təcrübəli hücumçu Aydın Qasımov 33-cü dəqiqədə hesabı açıb, 81-ci dəqiqədə son nöqtəni qoyub. Digər qol müəlliflərindən Rəmiz Eminli 56-cı dəqiqədə penatidən fərqlənib, Bəhlul Əliyev 74-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Bu qələbədən sonra “Ağsu Siti” 6 oyundan 16 xalla vahid liderliyini sürdürür. “İmişli” isə 6 qarşılaşmadan sonra 4 xalla 5 komanda arasında 4-cü pillədə qərarlaşıb.0

Mərkəz zonasında digər matç sabah saat 14:00-da “Şamaxı” – “Mil” (Beyləqan) görüşü olacaq. Keçirdiyi 5 matçın hamısında uduzan Saatlı “Araz”ı bu turda istirahət edir.

Facebook Comments