Afaq kimə söz atdı?

“Yeni addımlayan, sənəti olan müğənnilər bizim sözünü demiş müğənnilərə baxırlar, elə bilirlər elə belədirlər. “Mən də onun kimi olmaq istəyirəm” deyir və onlar kimi addımlayırlar. Maraqsızdırlar. Aygün Kazımova, Faiq Ağayev, Röya, Elnarə nələrdən keçib? Tamaşaçıya maraqlı olsun deyə, maraqlı nələrsə edib, hər birinə individual yanaşıblar. Sonda sözünü demiş ifaçı olublar. Düşünür ki, Aygün Kazımova necə gəlib oturub taxt-tacda, mən də elə oturmalıyam. Onları qınıyıblar, amma onlar keçib gəlib taxtda oturublar. İndikilər elə bilir mərhələni keçmədən taxtda oturmaq lazımdır”.

Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “Özəl” proqramında deyib. O, sənətə yeni gələn ifaçıları tənqid edib:

“Sənət adamlarının bəziləri vaxtılə soruşmayıblar efirdə kim olacaq, maqazin proqramına kapriz göstərmirdilər. İndi isə bunu etməyə haqları var. Bəzilərinin soruşmağa haqqı yoxdur. Gözəl musiqi ifa edə bilərsən, bəlli kütlə səni sevə bilər, amma o deyilsən… Haqqını ödəməlisən, illərini buna xərcləməlisən. Bəstəkar mahnıları oxumalısan. Deyirlər, canlı oxuya bilmirəm, fonaqram səsləndirməliyəm”.

Afaq televiziyaya çıxmayıb, sosial şəbəkəyə üstünlük verənlərə söz atıb:

“İndi rahatlayıblar, sosial şəbəkələr var. Əvvəl deyirdilər, nə olar gəlim oxuyum. Məncə televiziya başqa aləmdir. Mənim üçün sosial şəbəkə göstərici deyil. Göstərici televiziyadır”.

Son vaxtlar xeyli çəki atan Afaq “11 kiloqram arıqladım. Səhhətimdə bəzi problemlər var idi” sözlərini söyləyib.

Facebook Comments