Ukrayna ordusu rus diversantları məhv etdi

Ukrayna hərbçiləri rusların Dobryanka bölgəsindəki hücumunu uğurla dəf ediblər.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Dobryanka ərazisində əsgərlərimiz rusların təxribat-kəşfiyyat qrupunu demək olar ki, tamamilə məhv edərək, düşmənin həmləsini uğurla dəf ediblər. Yujnobuqski istiqamətində düşmən qüvvələrini Ukrayna bölmələrini keçmək üçün cəmləşdirib. Onlar Posad-Pokrovskoye, Pribuqskoye, Mirnoye, Kotlyarevo və Blaqodatnoye yaşayış ərazilərini minaatan, tank və topdan atəşə tutub”, – məlumatda bildirilib.

Facebook Comments