Argentina tarixi rekordunu təkrarladı

DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla heç-heçə edən (1:1) Argentina millisi öz rekordunu təkrarlayıb.

Sozcu.az xəbər verir ki, komanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.

Argentina yığması bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi.

Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.

Facebook Comments