Rusiya hərbçilərinin övladları Qarabağdakı erməni məktəblərində təhsil alacaq…

“Qarabağda tezliklə rus şagirdlər peyda ola bilər”.

Moderator.az xəbər verir ki, bunu 30 ildən çoxdur Azərbaycan Respublikasının bir hissəsində qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “təhsil, elm, mədəniyyət və idman naziri” sayılan Lusine Karaxanyan RUSARMİNFO-nun efirində erməni xuntası tərəfindən “rus dilinə rəsmi status verildikdən” sonra baş verən dəyişikliklərdən danışarkən söyləyib.

L.Karaxanyan deyib ki, hazırda rus dili məktəblərdə erməni şagirdlərə daha dərindən öyrədilir. “Artsax” televiziyasında rus dilində “Sülhməramlı” verilişinin yayımı başlayıb.

Üzdəniraq “nazir” onu da əlavə edib ki, hazırda Qarabağda sülhməramlıların ailələrinin yaşaya bilməsi üçün evlər tikilir, ona görə də tezliklə Qarabağda Rusiyadan olan şagirdlərin peyda olması tamamilə mümkündür.

“Hesab edirəm ki, yaxın gələcəkdə sülhməramlıların uşaqlı ailələri burada məskunlaşa bilər. Hal-hazırda hələlik beləsi yoxdur” –deyə L.Karaxanyan bildirib.

P.S….

Sultan Laçın

Facebook Comments