Təbrizli fəaı Şəhruz Bərzgər məhkəməyə çağrılıb

Təbrizli milli-mədəni fəal Şəhruz Bərzgər məhkəməyə çağırlıb.

İran Məhkəməsinin elektron sistemində yayınlanan bildirişdə onun oktyabrın 25-i, saat 10:00-da Təbrizin ikinci Cəza Məhkəməsinin 112-ci bölməsində olması istənilib.

Fəalın məhkəməyə çağırılması Əli Məzlumi Yenginin “vəzifə başında olarkən döyülməsi” barədə verdiyi şikayət əsasındadır.

Şəhruz Bərzgər iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, 31 iyul tarixində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Bərzgər bundan öncə 2019-cu ildə də hökumət məmurları tərəfindən saxlanılaraq basqılarla üzləşib və mülki vəsiqə qarşılığında şərti azadlığa buraxılıb.

Facebook Comments