Bezosun sərvəti son həftə ərzində 11 milyard dollar artıb

“Amazon” korporasiyasının yaradıcısı Ceff Bezos şirkətin baş direktor vəzifəsini tərk etdikdən sonra sərvəti 11 milyard artıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

C.Bezosun hazırda sərvəti 10,6 milyard ABŞ dolları artaraq 212,4 milyard ABŞ dollarına yüksəlib. 2021-ci ilin iyulun 5-dən şirkətin baş direktor vəzifəsini Endi Cessi tutub.

Qeyd edilir ki, C.Bezos son həftəni ABŞ-ın Aydaho ştatında yerləşən və “milyarderlər üçün yay düşərgəsi” kimi tanınan “Allen & Co” investisiya bankının illik konfransının keçirildiyi dağ kurortu “Sun Valley”də olub. Bu dəfə tədbir sərvətlərinin 825 milyard dollar təşkil etdiyi təxmin edilən ən azı 25 milyarderi bir araya gətirib.

Facebook Comments