ABŞ-dan Türkiyəyə çağırış: S-400-ləri saxlama…

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, tərəflər arasında Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsi müzakirə edilib.

Dövlət Departamentinin yaydığı məlumatda isə qeyd edilib ki, dövlət katibi Blinken Türkiyəni S-400 raket sistemlərini saxlamamağa çağırıb.

Facebook Comments