Entoni Qordon Çempionlar Liqasında həftənin oyunçusu seçildi

18 baxış

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sozcu.az xəbər verir ki, bu ada İspaniyanın “Barselona” klubunun futbolçusu Entoni Qordon layiq görülüb.

İngiltərəli yarımmüdafiəçi ötən gün Bakı Olimpiya Stadionunda “Sabah”a qarşı keçirilən görüşdə (4:1) iki dəfə fərqlənib.

Qordon səsvermədə “Real Madrid”in futbolçusu Kilian Mbappeni, “Leypsiq”in üzvü Antonio Nusanı və “Betis”in hücumçusu Kuço Ernandesi qabaqlayıb

Paylaş:

Əlaqəli məqalələr