Almanlar Kloppa nə qədər maaş təklif edib?

15 baxış

Almaniya Futbol İttifaqı Yurgen Kloppa təklif etdiyi maaş bəlli olub.

Sozcu.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, baş məşqçiyə illik 7 milyon avro maaşla 4 illik müqavilə təklif edilib.

Bildirilir ki, 59 yaşlı mütəxəssis təklifi qəbul edərsə, Almaniya millisinin sabiq çalışdırıcısı Yulian Nagelsmandan daha yüksək maaş alacaq.

Qeyd edək ki, Klopp hazırda "Red Bull" şirkətində beynəlxalq əlaqələr üzrə direktor vəzifəsində çalışır. Daha əvvəl isə 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub.

Paylaş:

Əlaqəli məqalələr