Kenan Yıldızdan "Yuventus"a şok – 3 ay yoxdur
58 baxış
Türkiyə millisinin və "Yuventus"un vingeri Kenan Yıldız ciddi zədə alıb.
Sozcu.az xəbər verir ki, 21 yaşlı futbolçu A Seriyasının 1-ci turunda "Frozinone" ilə matçda (1:0) sıradan çıxıb. Onun sol ayağının pəncəsində sınıq aşkarlanıb.
Yıldız görüşün 69-cu dəqiqəsində əvəzlənib. Onun yerinə Jeremi Boqa meydana daxil olub. Müayinənin nəticələrinə əsasən, futbolçu əməliyyat olunmalıdır. Bərpa müddətinin təxminən 3 ay çəkəcəyi gözlənilir.
Kenan Yıldız ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.


















