Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
“İnter Mayami”nin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatından sonra karyerasını qeyri-müəyyən müddətə dayandırıb.
Sozcuaz xəbər verir ki, 39 yaşlı futbolçu hazırda doğma Rosarioda qalır və yaxın vaxtlarda ABŞ-a qayıtmağı planlaşdırmır. Messi “İnter Mayami”dəki öhdəliklərini də qeyri-müəyyən müddətə təxirə salıb. Onun məşqlərə nə vaxt başlayacağı və meydana nə vaxt qayıdacağı hələ məlum deyil.
Messi atasının ölüm xəbərindən sonra ABŞ-dan Argentinaya yollanıb. Xorxe Messinin dəfn mərasimi yalnız ailə üzvləri və yaxınların iştirakı ilə keçirilib. Argentinalı futbolçular Leandro Paredes, Nikolas Otamendi və Anxel Di Mariyanın isə yaxın günlərdə Messini ziyarət edərək ona dəstək olmaq istədikləri bildirilir.
Xorxe Messinin vəfat etdiyi avqustun 8-də açıqlanıb. O, uzun müddət ciddi səhhət problemlərindən əziyyət çəkirdi.


















