“Sabah” U-19-u Norveçdə darmadağın oldu
21 baxış
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.
Sozcu.az xəbər verir ki, təmsilçimiz IV tur çərçivəsində səfərdə Norveçin “Vikinq” komandası ilə qarşılaşıb.
“Sandnes Ulf Arena”da keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” U-19 növbəti oyununu noyabrın 25-də İspaniyanın “Barselona” komandasına qarşı keçirəcək.
Bakı təmsilçisi bundan əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya”sına (0:3) və İngiltərənin “Mançester Yunayted” komandasına (0:5) məğlub olub.


















