Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizə aparacaq

66 baxış

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sozcu.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi tatamiyə çıxacaq. Görüşlər saat 10:30-da başlayacaq.

Kişilər

90 kq

Məmmədəli Fətiyev – ilk mərhələdən azaddır.

1/32 final. Elcan Hacıyev – Aleksandr Knauf (ABŞ)

1/32 final. Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)

Qadınlar

70 kq

1/32 final. Südabə Ağayeva – Ai Tsunoda-Rustand (İspaniya)

Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Paylaş:

Əlaqəli məqalələr