“Sabah” ÇL-in qalibi ilə maraqlanır - İddia

55 baxış

Macarıstan mənbələri iddia edir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” “Ferentsvaroş”un qvineyalı yarımmüdafiəçisi Nabi Keyta ilə maraqlanır.

Sozcu.az xəbər verir ki, bu barədə "Öltözőn Túl" insayder səhifəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan klubu heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir və namizədlər arasında 31 yaşlı Keytanın da adı var. Hazırda söhbət yalnız maraqdan gedir. Tərəflər arasında razılaşma əldə olunmayıb.

Keyta 2024-cü ilin dekabrında “Verder”dən icarə əsasında “Ferentsvaroş”a keçib. 2026-cı ilin yanvarında isə Macarıstan klubu futbolçunun transfer hüquqlarını birdəfəlik əldə edib.

Qvineyalı 2018/19 mövsümündə “Liverpul”un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.qol.az)

Paylaş:

Əlaqəli məqalələr