"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"

90 baxış

La Liqa prezidenti Xavyer Tebas FİFA rəhbəri Canni İnfantinonun futbolun mahiyyətini məhv etdiyini və fəaliyyətinin başa çatdığına inandığını bildirib.

Sozcu.az xəbər verir ki, o, "La Monde" nəşrinə açıqlamasında deyib:

"Mənim üçün Canni İnfantino dövrü çoxdan geridə qalıb. Bunu son hadisələrə görə demirəm. Bu idarəetmə tərzini uzun müddətdir hiss edirəm, baxmayaraq ki, başqaları onu yalnız indi kəşf edirlər.

Canni İnfantino futbolun inkişafına kömək edə biləcək insan deyil. Əksinə, onun layihələri bu idman növünün mahiyyətini - milli liqaları məhv edir. Futbol yalnız elita ilə məhdudlaşmır.

Baş verənlər məni təəccübləndirmir. Məni təəccübləndirən illərdir səssiz qalan bir çox insanın reaksiyasıdır.

Bu epizod FİFA daxilində, eləcə də daha geniş mənada futbolda baş verənlərin aysberqin yalnız görünən hissəsidir, burada real idarəetmə yoxdur. Problem tək bir şəxslə məhdudlaşmır; bu, bütün sistemlə bağlıdır.

Köhnə sistem insanlar dəyişsə belə, davam edə bilər. Ümid edək ki, işlər həqiqətən də yoluna düşəcək, yeni bir lider ortaya çıxacaq və FİFA-da yeni rəhbərlik qurulacaq”.

Xatırladaq ki, İnfantino dünya çempionatı daxil olmaqla, FİFA yarışlarını idarə edəcək şirkətə özəl investisiya cəlb etmək və səhmləri investorlara satmaq planının uğursuz olmasından sonra tənqidlərlə üzləşmişdi.

Paylaş:

Əlaqəli məqalələr