Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq

23 baxış

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sozcu.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.

Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.

Kişilər

+100 kq çəki

Uşanqi Kokauri 1/32 finalda Emirxan Joldoşkazıyev (Qırğızıstan) qarşılaşacaq

Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gələcək.

Kənan Nəsibov ilk mərhələdən azaddır.

Qadınlar

+78 kq çəki

Mədinə Kaysinova Asya Tavano (İtaliya) ilə görüşəcək.

Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.

Sabah çempionatda komanda yarışları təşkil olunacaq.

Paylaş:

Əlaqəli məqalələr