Messi 49-cu titulunu qazandı

57 baxış

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb.

Sozcu.az xəbər verir ki, "İnter Mayami"nin 39 yaşlı hücumçusu "Campeones Cup"ın qalibi olub.

MLS təmsilçisi finalda Meksikanın "Krus Asul" klubunu 2:0 hesabı ilə məğlub edib. Qolları Messi və (24) və Kazemiro(84) vurub. 2-ci qolun ötürməsini də Messi verib.

Xatırladaq ki, Lionel Messinin "İnter Mayami" ilə 2028-ci ilin yayınadək müqaviləsi var. O, bu mövsüm bütün turnirlərdə 27 oyuna 23 qol vurub və 14 məhsuldar ötürmə edib.

Paylaş:

Əlaqəli məqalələr