Maradonanın “Tanrının əli” qolunu vurduğu top 3,35 milyon dollara satıldı

9 baxış

1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən qarşılaşmada Dieqo Maradonanın “Tanrının əli” adlandırılan məşhur qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb.

Sozcu.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Artefakt avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar müəyyənləşdirilib.

Maradona həmin topla oyunun 51-ci dəqiqəsində əli ilə qol vuraraq hesabı açıb. Cəmi 4 dəqiqə sonra isə argentinalı ulduz fərdi ustalığını nümayiş etdirərək meydanın böyük hissəsini keçib və daha bir qol vurub. Həmin qol sonradan “Əsrin qolu” kimi tarixə düşüb.

Topun hərracda 10 milyon dollara qədər qiymətə satılacağı proqnozlaşdırılırdı. Lakin yekun məbləğ bu gözləntini doğrultmayıb.

Qeyd edək ki, Maradonanın həmin qarşılaşmada geyindiyi forma 2022-ci ildə keçirilən hərracda 9,3 milyon dollara satılmışdı.

Paylaş:

Əlaqəli məqalələr