Oktyabrda Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına artıq 670 bilet satılıb

36 baxış

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına indiyədək 670 bilet satılıb.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açıqlama verib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransında fikirlərini bölüşüb:

"Dünya çempionatının Bakıda keçirilməsi əlamətdar hadisədir. Bizim üçün əhəmiyyətli yarışdır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə yaxından əməkdaşlıq edirik. Tədbiri yüksək səviyyədə təşkil etmək üçün köməklərini əsirgəmirlər. Dünya çempionatının ən yaxşı mundiallardan biri olmasını hədəfləyirik. 670 bilet artıq satılıb. 80 faizi ölkə xaricindən əldə olunub. Bunlar 20-yə yaxın ölkədir. Turnirə böyük maraq var".

Dünya çempionatında 80-90 ölkənin iştirakı gözlənilir. Turnirdə böyüklər arasında ilk 200-lük, gənclər arasında ilk 16-lıqda olan olanlar iştirak edə bilərlər.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Paylaş:

Əlaqəli məqalələr