Erməni güləşçidən Azərbaycana təşəkkür mesajı

24 baxış

Bakıda keçirilən dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Janes Nazaryan yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Sozcu.az xəbər verir ki, idmançı jurnalistlərə açıqlamasında Azərbaycana və yarışın təşkilatçılarına təşəkkür edib.

“Dünya çempionatını belə yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycana təşəkkür edirəm. Əhvali-ruhiyyəmiz yüksək idi. Yarış çox yüksək səviyyədə keçdi, güclü iştirakçılar var idi. Düşünürəm ki, bu yarış bizi daha da motivasiya edəcək. Buna görə təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edirəm”, – deyə o bildirib.

Nazaryan rəqiblərinin də güclü olduğunu vurğulayaraq qeyd edib ki, uğur qazanmaq üçün daha yaxşı mübarizə aparıb.

Erməni güləşçi Bakıda həm təşkilatçılar, həm də dövlət səviyyəsində yüksək qarşılandıqlarını bildirərək, “Hər şey qaydasında idi. Bizi çox yaxşı qarşıladılar”, – sözlərini əlavə edib.

Paylaş:

Əlaqəli məqalələr