Trampdan Putinə: Avropaya hərbi təcavüzü dayandır!
ABŞ Prezidenti Donald Tramp Çində Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar zamanı onu Avropada hərbi təcavüzü dayandırmağa çağırıb.
Sozcu.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, o, Putinlə söhbəti zamanı Avropanın müxtəlif ərazilərinə qarşı hərbi təcavüzün dayandırılmasını istədiyini bildirib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə olunacağına ümid etdiyini və bunun yaxın vaxtlarda baş verə biləcəyini qeyd edib.
“Çində... Putinlə söhbətlərim zamanı Avropanın müxtəlif ərazilərinə qarşı bütün hərbi təcavüzün dayandırılmasını istədiyimi dedim. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək mümkün olacaq və bu, tezliklə baş verəcək”, – deyə Tramp yazıb.


















