Rusiyaya genişmiqyaslı PUA hücumu...
23 baxış
Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində 323 ədəd Ukrayna PUA-sını məhv edib.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Voronej, Volqoqrad, Kaluqa, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Orenburq, Penza, Rostov, Ryazan, Saratov, Smolensk, Tula bölgələri, Krım, Moskva vilayəti, Krasnodar diyarı, Azov və Qara dəniz suları üzərində vurulub.














