Dəhşətli yanğın: ana və 4 uşağı öldü, 2 uşağı qonşu xilas etdi

99 baxış

Rusiyanın Komomolsk-na-Amure şəhərindəki yaşayış binasının mənzillərindən birində baş verən yanğın nəticəsində qadın və onun 4 uşağı ölüb. Daha 2 azyaşlı uşağı isə qonşu xilas edib.

Sozcu.az xəbər verir ki, hadisə oktyabrın 8-də səhər saatlarında şəhərin Qamarnik küçəsində yerləşən binanın 4-cü mərtəbəsində baş verib. Bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə idarəsi məlumat yayıb.

Yanğının söndürülməsi zamanı mənzildə 5 nəfərin – qadın və onun 4 uşağının meyiti aşkarlanıb. Daha 2 azyaşlı uşağı isə qonşular xilas etməyə nail olublar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Yanğın zamanı mənzildə olan 2 qızı qonşu İqor Valşteyn xilas edib. Onun sözlərinə görə, həyat yoldaşı uşaqların qışqırıq səsini eşidərək onu oyadıb.

Xabarovsk diyarının qubernatoru Dmitri Demeşin sağ qalan qızların vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, hazırda uşaqlar həkimlərin nəzarətindədir. Qızlardan birinin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə qənaətbəxşdir və həyati təhlükəsi yoxdur.

Demeşin uşaqları xilas edən İqor Valşteyni mükafatlandıracağını bildirib.

Paylaş:

Əlaqəli məqalələr