NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...

53 baxış

NATO-ya məxsus kəşfiyyat təyyarəsi səhər saatlarından Qara dənizin neytral suları üzərində müşahidə edilib.

Sozcu.az xəbər verir ki, bu barədə TASS-a AB-nin hava hərəkətinin idarə olunması xidmətlərindəki mənbə məlumat verib.

“NATO-ya məxsus “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi təxminən yarım saat əvvəl Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxıb. Hazırda təyyarə Qara dənizin cənub hissəsindəki neytral sular üzərində uçuş həyata keçirir. Təyyarə Bolqarıstan dispetçerlərinin məsuliyyət zonasındakı UDROS nəzarət məntəqəsindən keçərək dəniz üzərində uçuşa başlayıb və fəaliyyətə keçib. Çox güman ki, təyyarə bir neçə saat ərzində standart marşrutu üzrə - Qara dənizin qərbindən şərqinə və əks istiqamətdə uçuşlar həyata keçirəcək. Bu zaman sahilyanı ölkələrin heç birinin hava məkanına daxil olmayacaq. Hazırda kəşfiyyat təyyarəsi mülki aviasiya uçuşları üçün müəyyən edilmiş hava dəhlizlərindən kənarda, təxminən 10 kilometr yüksəklikdə hərəkət edir”, - mənbə bildirib.

Paylaş:

Əlaqəli məqalələr