Moskvaya 800 dronla hücum etdilər - dağıntılar var

88 baxış

Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi PUA hücumuna məruz qalıb.

Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hücum zamanı Moskva neft emalı zavoduna və “Wildberries” şirkətinin anbarına zərbələr endirildiyi bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Podolsk şəhərində yerləşən “Wildberries” anbarının hücuma məruz qaldığını təsdiqləyib. Hadisə nəticəsində anbar ərazisində yanğın baş verib.

Hücumun Moskva vilayətinin Sergiyev Posad rayonunda yerləşən “Metallİmport” zavoduna da təsir etdiyi bildirilir.

Rusiya rəsmilərinin açıqlamalarına görə, Ukrayna gecə ərzində Rusiyaya yüzlərlə PUA göndərib. Rusiya Müdafiə Nazirliyi ölkə üzrə 822 Ukrayna PUA-sının ələ keçirildiyini və ya vurulduğunu açıqlayıb.

Moskva vilayəti qubernatoru Andrey Vorobyov hücumu regiona son dövrlərdə edilən ən kütləvi PUA hücumlarından biri adlandırıb. Podolskda “Wildberries” anbarının vurulması nəticəsində bir nəfərin öldüyü, bir neçə şəxsin yaralandığı bildirilib.

“Wildberries” obyektləri son həftələrdə də hücumların hədəfinə çevrilib. Ukrayna tərəfi şirkətin bəzi logistika obyektlərinin hərbi məqsədlər üçün istifadə edildiyini iddia edir.

Paylaş:

Əlaqəli məqalələr