Sistani Xameneinin vida mərasimində iştirak etməyəcək

83 baxış

Dünya şiələrinin nüfuzlu mərcə-i təqlidi, Ayətullah Seyyid Əli Sistani İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə bağlı İraqda keçirilməsi planlaşdırılan vida mərasimində iştirak etməyəcək.

Bu barədə Sistaninin oğlu Məhəmmədrza Sistani məlumat verib.

Onun sözlərinə görə, atasının fiziki vəziyyəti və sağlamlıq durumu Əli Xameneinin vida mərasiminə qatılmasına, həmçinin cənazəsi üzərində meyit namazı qılmasına imkan vermir.

Məlumata görə, bu açıqlama İraq hökumətinin ölkədə keçirilməsi planlaşdırılan Əli Xamenei ilə vida mərasimlərinə müəyyən məhdudiyyətlər tətbiq etməsindən sonra verilib.

Paylaş:

Əlaqəli məqalələr