Ukrayna Rusiyanın daha bir neft emalı zavodunu vurdu
169 baxış
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın "Lukoil-Nijeqorodnefteorgsintez" şirkətinə məxsus Kstovo neft emalı zavoduna hücum edib.
Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Hücum nəticəsində ərazidə güclü yanğın başlayıb.
Qeyd edək ki, Kstovo zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Obyektin illik neft emalı gücü təxminən 17 milyon ton təşkil edir ki, bu da ölkənin ümumi neft emalı gücünün təxminən 5-6 faizinə bərabərdir.


















